Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ürəyinizi fındıqla daha güclü edə bilərsiniz

Ürəyinizi fındıqla daha güclü edə bilərsiniz
Sakura

Ürəyinizi fındıqla daha güclü edə bilərsiniz

Duzsuz fındıqlardan müntəzəm istifadə edənlərdə ürək-damar xəstəliklərindən ölüm riski azalır.

Bu barədə İranın İsfahan Kardioloji Elmi Tədqiqat İnstitutunun alimləri Fransanın Paris şəhərində keçirilən Avropa Kardioloqlar Cəmiyyətinin konqresində bildiriblər.

Mütəxəssislərin sözlərinə görə, fındıq, badam və qoz kimi çərəzlərdən həftədə iki dəfə istifadə edənlərdə iki həftədən bir istifadə edənlərlə müqayisədə ürək-damar xəstəliklərindən ölmək ehtimalı 17 faiz daha azdır. Çiy və duzsuz çərəzlərin daha faydalı olduğu xüsusi vurğulanır.

Alimlər 12 il ərzində 35 yaşından yuxarı 5432 nəfərin qida vərdişlərini izləyərək bu nəticəyə gəliblər. İnsanların yaşı, cinsi, təhsili, siqaret çəkməsi və fiziki aktivliyi nəzərə alınaraq, əldə olunan məlumatlara düzəlişlər edilib.

Tədqiqat müəllifləri qeyd edirlər ki, Avropa Kardioloqlar Cəmiyyətinin tövsiyələrinə əsasən, gündəlik qida rasionuna 30 qram fındıq daxil etmək sağlam pəhriz əlamətidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR