Slimfit
  1. DÜNYA

Ürək, mədə sağda, qaraciyəri isə solda... - Nadir xəstəlikli uşaq doğuldu

Ürək, mədə sağda, qaraciyəri isə solda... - Nadir xəstəlikli uşaq doğuldu
Sakura

Ürək, mədə sağda, qaraciyəri isə solda... - Nadir xəstəlikli uşaq doğuldu

Türkiyənin Trabzon bölgəsində yeni doğulan körpənin daxili orqanlarının əks istiqamətdə yerləşdiyi və nazik bağırsağının inkişaf etmədiyi aşkarlanıb.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələ ana bətnində olarkən müayinə olunan körpənin bağırsaqlarında problem olduğu aşkarlanıb və nəzarətə götürülüb. Doğulduqdan sonra isə müəyyən olub ki, onun ürəyi, mədəsi və dalağın sağda, qaraciyəri isə solda yerləşir.

Bu hadisə tibdə "situs inversus totalis" adlanır. Həkimlər bildirib ki, orqanların əks istiqamətdə yerləşməsi uşaq üçün təhlükə olmasa da, nazik bağırsağın düzgün inkişaf etməməsi və yarımçıq olması körpə üçün həyati riski artırır.

Bu səbəbdən hələ 3 günlük olarkən əməliyyat edilən körpə, dünyaya gəlişinin 39-cu günündə sağlığına qovuşub. Təqribən 2 saata yaxın baş tutan əməliyyatda onlar körpənin nazik bağırsağının inkişaf etməyən bəzi hissələri çıxarılıb və sağlam bağırsaqdan həmin hissəyə əlavə edilib.

Həkimlər bildirib ki, bu, körpələrdə nadir görülən xəstəlikdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR