Slimfit
  1. AZƏRBAYCAN

"Ural hava yolları" Azərbaycandan üzr istədi

"Ural hava yolları" Azərbaycandan üzr istədi
Sakura

"Ural hava yolları" Azərbaycandan üzr istədi

Rusiya Federasiyasının "Ural hava yolları" şirkətinin rəsmi mətbuat orqanı olan "UAM" jurnalı məlumat yayıb.

Redaktor.az xəbər verir ki, iyun buraxılışının reklam maketində buraxılan səhvə görə mətbu orqan üzr istəyib.

Məlumatda qeyd olunur ki, jurnalın iyun buraxılışı reyslərdən yığışdırılıb, reklam verən şirkətlə olan müqavilə isə ləğv edilib.

Qeyd edək ki, jurnal iyun buraxılışında öz səhifəsində "Günəşli Ermənistana vertolyot turları" adlı reklam yerləşdirib. Reklamda Dağlıq Qarabağ Ermənistan ərasizi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə vertolyot turlarının təşkili də qeyd edilib.

"Ural hava yolları" şirkəti Azərbaycanla da yaxından əməkdaşlıq edir və Bakı, Gəncə və Lənkərana müntəzəm hava ucuşları həyata keçirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR