Dərc edildi: Baxış sayı: 177
Uqandalı müşahidəçi: Seçki prosesi demokratik norma və qaydalara uyğun keçirilir
Seçki prosesinin gedişindən razı qaldım. Səsvermə kifayət qədər şəffaf keçirilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən Uqandadan olan beynəlxalq müşahidəçi, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının üzvü Yakob Eyeru deyib.
O qeyd edib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı seçki prosesi demokratik norma və qaydalara uyğun keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət