Dərc edildi: Baxış sayı: 237
Uolles Gerasimov və Şoyqunu onlarla müqayisə etdi
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunu Amerika məşhur komediya cütlüyü Laurel və Hardi ilə müqayisə edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Rusiyanın Ukraynadakı Birləşmiş Qüvvələr Qrupu komandirinin müavini, “ən yaxşı generallardan biri” Surovikin indi yoxa çıxıb. O, nazirlikdən məsul olan Laurel və Hardini tərk edib (Gerasimov və Şoyqu nəzərdə tutulur - red.)”, - Uolles bildirib.
Qeyd edək ki, Laurel və Hardi XX əsrin birinci rübündə qısametrajlı filmləri ilə məşhurlaşan Amerika komediya ustalarıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət