Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək
Azərbaycanda ünvanlı dövlət sosial yardımın artıq ödənişini könüllü geri qaytarmayanlar məhkəməyə veriləcək.
Ens.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik edilir.
Bu dəyişikliyə əsasən, sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə əlavə ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılacaq.
Aztəminatlı ailənin üzvü "Məşğulluq haqqında" qanuna uyğun olaraq, özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət