Ünvanlı sosial yardım alanların sayı 84 mini keçib
Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişləndirilir.
Ens.az xəbər verir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artaraq 84 100-ə çatıb.
Həmin ailələrdə ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur.
Xatırladaq ki, yeni qərarla, sosial dəstək tədbirlərindən biri kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi müddəti uzadılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət