Slimfit
  1. AZƏRBAYCAN

UNICEF rəsmisi: Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var

UNICEF rəsmisi: Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var
Sakura

UNICEF rəsmisi: Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var

Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var.
 
Medicina.az bildirir ki, bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda 5 yaşadək uşaqların orta hesabla 18 faizi öz yaşına uyğun boya malik deyil.
 
T.Cəmilova əlavə edib ki, 5 yaşadək uşaqların hər üçündən biri anemiyanın müxtəlif dərəcələrindən əziyyət çəkir: "Yəni bir sıra narahatedici məqamlar var. Digər tərəfdən, uşaqların xəstələnməsi vəziyyəti ilə bağlı xeyli yaxşılaşma müşahidə olunur. Körpə ölümü göstəricisi ildən-ilə azalır. Hətta BMT-nin hesablamaları üzrə bu göstəricilər aşağıya doğru yerini dəyişir. Beynəlxalq qurumlar da Azərbaycanın bu sahədəki uğurunu qeyd edirlər”.
 
UNICEF-in proqram rəhbəri uşaqların sağlamlıq vəziyyətinin göstəriciləri ilə bağlı sonuncu dəfə 2013-cü ildə Səhiyyə Nazirliyi ilə birgə araşdırma apardıqlarını da açıqlayıb.
 
Qeyd edək ki, 2017-ci ildə (2018-ci il üzrə statistik göstəricilər hələ açıqlanmayıb) 29 167 (2016-cı ildə 28 948) uşağa ilk dəfə anemiya diaqnozu, 1026 uşağa (2016-cı ildə 982) ilk dəfə olaraq boy artımının ləngiməsi və zəiflik, 254 uşağa (2016-cı ildə 353) yod çatışmazlığı, 23 uşağa isə (2016-cı ildə 67) A vitamini çatışmazlığı diaqnozu qoyulub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR