Dərc edildi: Baxış sayı: 507
“Unibank”dakı problem həll edildi
Bəzi “Unibank” kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə bankın feysbuk səhifəsində məlumat paylaşılıb. Bank həmçinin məsələyə operativ münasibət bildirən bütün müştərilərimizə təşəkkür edib:
“Belə həssas məqamda məsələyə daha soyuqqanlı yanaşan və son anadək hər kəsin bankına güvənən, etibar edən və sosial şəbəkələrdə ədalətli mövqe nümayiş etdirən müştərilərimizə isə xüsusi minnətdarlıq bildiririk”.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə müştərilər bankdakı hesablarından pul silinməsi barədə məlumat yaymışdılar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox