Dərc edildi: Baxış sayı: 676
"Unibank" rəhbərliyində yeni təyinat olub
Bakı. Tredn:
Səhmdarların növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini İqor Okayev Unibank İdarə heyəti sədrinin 1-ci müavini təyin edilib.
Bankdan Trend-ə verilən məlumata görə, İqor Okayev bank karyerasına 2006-cı ildən “Unibank”da başlayıb. O, Bankın korporativ bölümündə müxtəlif vəzifələrdə çalışıb. Hazırda “Unibank”ın korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes, digital bankinq və Marketinq departamenti İqor Okayevin kurasiyasındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət