Slimfit
  1. AZƏRBAYCAN

UNESCO Azərbaycanın fəaliyyətinə dair beş illik hesabatı qəbul edib

UNESCO Azərbaycanın fəaliyyətinə dair beş illik hesabatı qəbul edib
Sakura

Parisdə UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin…

Parisdə UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilib.

Mədəniyyət Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, iclasda mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi Anar Kərimov, eləcə də, Mədəniyyət Nazirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin digər əməkdaşları iştirak ediblər.

Sessiyada UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son beş illik fəaliyyətinə dair hesabat nəzərdən keçirilib.

Hökumətlərarası Komitə hesabatın bütün kriteriyalara uyğun, eləcə də, məlumat baxımdan dolğun və peşəkar hazırlandığını nəzərə alaraq, sənədi təsdiqləyib.

Hesabatda ölkədə mədəniyyət və yaradıcılıq sahəsində son illərdə görülən işlər, qəbul olunan sənədlər və təşviqedici fəaliyyət barədə məlumat öz əksini tapıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR