Slimfit
  1. CƏMİYYƏT

UNEP: kondisionerlər ətraf mühit üçün ziyansız olmalıdır

UNEP: kondisionerlər ətraf mühit üçün ziyansız olmalıdır
Sakura

UNEP: kondisionerlər ətraf mühit üçün ziyansız olmalıdır

Planetdə qlobal istiləşmə kondisionerlərə tələbatın artmasına gətirir ki, bu da elektrik enerjisinin istehlakı və atmosferə atılan istixana qazları miqdarının artması ilə müşahidə olunur. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bununla əlaqədar olaraq UNEP ekspertləri pandemiyadan sonrakı bərpanın gedişində enerjiyə qənaət edən və ekoloji cəhətdən ziyansız soyutma sistemlərinə keçməyə çağırırlar.

Hazırda dünyada 3,6 milyard soyutma cihazı istifadə olunur. Eyni zamanda, yüz milyonlarla insan hələ də kondisioner olmayan havasız şəhər gecəqondularında yaşayır, milyonlarla kənd sakinləri isə hətta soyuducusuz keçinirlər. BMT ekspertləri qeyd edirlər ki, belə bir vəziyyət tamamilə yolverilməzdir. Onlar hər kəs üçün yeni texnologiyalara ədalətli çıxışı təmin etməyə çağırırlar.

Axı sürətli istiləşmə şəraitində insanların sağlamlığının qorunması, vaksinlər və qida məhsullarının mühafizəsi, eləcə də daha yüksək məhsuldarlığın təmin edilməsi üçün soyutma sistemləri son dərəcə zəruridir.

Lakin kondisionerlər hər kəs üçün əlçatan olan zaman, 2050-ci ildə onların tələb olunan sayı 14 milyard təşkil edəcək. Bu isə planet üçün böyük bir yükə çevriləcək – hidroftorkarbonlar, CO2 və tüstü tullantıları, həmçinin qazıntı yanacağının artmasına gətirəcək.

UNEP ekspertləri növbəti dörd onillik ərzində 460 milyard ton istixana qazları tullantılarının qarşısını almağa imkan verən enerjiyə qənaət edən soyutma sisteminə keçməyə çağırırlar. Bu, 2018-ci ilin səviyyəsində bütün qlobal tullantıların səkkiz ilinə bərabərdir.

Ekspertlərin fikrincə, belə azalmaya yalnız soyutma sənayesində enerji qənaətinin artırılması və binaların dizaynının yaxşılaşdırılması sayəsində deyil, həm də ekoloji cəhətdən təmiz soyuduculara keçərək nail olmaq mümkündür. Onlar hidroftorkarbonlar kimi tanınan qazların temperaturunu azaldan soyuducuların istehsalını və istifadə edilməsini azaltmağa çağırır.

Dövlətlərin hidroftorkarbonlardan imtina edilməsi üzrə öhdəlikləri Monreal protokoluna Kiqali düzəlişində təsbit edilib. Daha bir yol - qazıntı yanacaq enerjisi ilə deyil, bərpa olunan enerji mənbələri ilə işləyən kondisionerləri quraşdırmaqdır.

Ekspertlər vurğulayırlar ki, soyutma səmərəliliyini artıraraq, dövlətlər yeni elektrik stansiyalarına olan ehtiyacı, atmosferə ziyanlı tullantıların miqdarını və istehlak xərclərini azalda bilər. Yeni məruzədə qlobal soyutma probleminin öhdəsindən gəlməyə hökumətlərə yardım edəcək qiymətli informasiya var. Misal üçün, kondisioner sistemlərinin enerji səmərəliliyinin iki dəfə artırılması sayəsində 2050-ci ilədək elektrik enerjisinin istehsal edilməsi üçün 1300 giqavatt əlavə gücə ehtiyacı azaltmaq olar. Bu isə 2018-ci il üzrə Çin və Hindistanda bütün kömür elektrik stansiyalarının gücünə bərabərdir.

Yeni 48 səhifəlik məruzə Nobel mükafatı laureatı, Meksikanın Mario Molina Mərkəzinin prezidenti Mario Molina və ABŞ-nın idarəçilik və davamlı inkişaf İnstitutunun prezidenti Durvud Zayelkenin dəstəyi ilə doqquz beynəlxalq ekspert tərəfindən hazırlanıb.

 

Mənbə: AZƏRTAG

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR