UNEC tələbələri nüfuzlu şirkətdə təcrübə imkanı qazanacaqlar
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin və “Norm” MMC-nin birgə təşkilatçılığı ilə tələbələrin şirkətdə yay təcrübəsi keçmələri məqsədilə test imtahanı təşkil edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, imtahandan öncə şirkətin İnsan resursları departamentinin əməkdaşları tələbələrə təcrübə proqramı haqqında məlumat verib, test imtahanının aparılması qaydalarını izah ediblər. Yüzdən çox tələbənin iştirak etdiyi test imtahanında namizədlərə testlərin həll edilməsi üçün 1 saat vaxt verilib. Test namizədlərin məntiqi təfəkkürünün və dil biliklərinin yoxlanılmasından ibarət olub.
Ən yüksək nəticə əldə edən namizədlər şirkətin yay təcrübə proqramında iştirak etmək hüququ qazanacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət