Slimfit
  1. AZƏRBAYCAN

Un kəskin bahalaşıb, sahibkarlar ucuz çörək istehsalını dayandırır

Un kəskin bahalaşıb, sahibkarlar ucuz çörək istehsalını dayandırır
Sakura

Un kəskin bahalaşıb, sahibkarlar ucuz çörək istehsalını dayandırır –İstehsalçılar un qıtlığı ilə üzləşib

Son vaxtlar unun qiymətində bahalaşma müşahidə olunur. 50 kiloqramlıq kisədə 5-6 manat artım var. Belə ki, 4 ay əvvəl 50 kiloqramlıq unun qiyməti 20 manat 60 qəpik idisə, hazırda 26 – 27 manat 50 qəpiyə satılır.

Çörək istehsalı ilə məşğul olan sahibkarın Strateq.az-a verdiyi məlumata görə, bazarda kritik vəziyyət yaranıb: “Böyük dəyirmanlar – “Fatoğlu”, “Ərərboğlu” və s. 26 manatdan aşağı un satmır. Eyni zamanda, ilin əvvəlindən verilən bütün malları elektron qaimə ilə satılır. Bu da hər kisə unun üzərinə əlavə 80 qəpik xərc deməkdir. Bundan başqa 35 qəpik də daşıma pulu alınır. Dükanlarda isə unun bir kisəsini 27 manatdan aşağı satmırlar. Heç sərf eləmir, ziyana işləyirik, çörəyin çəksini endirməklə də vəziyyətdən çıxmaq mümkün deyil. Çünki dərhal monitorinq aparıb bizi cərimələyərlər. Artıq bir çox istehsalçılar ucuz çörək istehsalını dayandırıblar. Bazarda alıcılara 30 qəpiklik çörək təklif olunmur, iri istehsalçılar isə 40 qəpiklik məhsulların çəksini azaltmağa məcbur olublar”.

Sahibkarın dediyinə görə, qiymətlərin bahalaşması ilə yanaşı keyfiyyət də aşağı düşüb: “Dəyirmanlar əvvəlki keyfiyyətdə mal satmırlar, əllərinə nə gəldi, üydüb verirlər, bu da bizim kimi istehsalçılara əlavə zərərə vurur. Dediklərinə görə, ölkədə taxıl qıtılığı var, problem ona görə yaranıb”.

Ekspertlər hesab edirlər ki, taxıl bahalaşdığı üçün bu, unun da qiymətinə təsir edib. Yəni unun bahalaşmasına səbəb kimi dünya bazarlarında baş verən qiymət artımı göstərilir. Azərbaycanda ərzaq buğdası xaricdən idxal olunur. Dünya bazarında unun qiyməti qalxdığına görə, bu daxili bazara təsir edir. Unun bahalaşmasına səbəb də budur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR