Slimfit
  1. AZƏRBAYCAN

Ümumukrayna azərbaycanlıları qurultayı keçiriləcək

Ümumukrayna azərbaycanlıları qurultayı keçiriləcək
Sakura

Ümumukrayna azərbaycanlıları qurultayı keçiriləcək

 Ukraynada azərbaycanlı diaspor təşkilatlarının Kiyevdə toplantısı keçirilib. 

Görüşdə Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinin birləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması ilə bağlı müzakirələr aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, təşkilat rəhbərləri, diaspor fəalları, ziyalıların iştirak etdiyi tədbirdə komitənin aparat rəhbəri Daşqın Rəcəbli deyib ki, toplantının məqsədi “Ukrayna Azərbaycanlıları Radası”nı yaratmaq və təşkilatların birgə fəaliyyətinin təmin etmək üçün razılığın əldə olunmasıdır. Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun artıq bu istiqamətdə işlərini yekunlaşdırdığını bildirən D.Rəcəbli bugünkü toplantının nəticəsinə uyğun olaraq yaxın vaxtlarda “Ukrayna Azərbaycanlıları Radası”nın təsis qurultayının keçiriləcəyini vuğrulayıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təşkilatların birgə fəaliyyətinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, ümumrespublika tədbirlərinin birgə keçirilməsi, daha səmərəli və faydalı nəticələr verə bilər.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov diaspor təşkilatlarının birgə və koordinasiyalı fəaliyyətinin zəruriliyini qeyd edib. O təşkilatların bir çətir altında birləşməsi Ukraynadakı Azərbaycan diasporunun inkişafı, daha səmərəli mexanizmlərin işlənib hazırlanması, diasporumuzun əsas istiqamətlərinin inkişafında ümumi mövqeyin formalaşması və digər aspektləri vurğulayıb. Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin də təşkilatların birliyini və bir çətir altında fəaliyyətini uğurlu nəticələr aparacağından əminliyini bildirib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev təşkilatların birgə fəaliyyətinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, ümumrespublika tədbirlərinin birgə keçirilməsi, daha səmərəli və faydalı nəticələr verə bilər.

Toplantıda çıxış edən Ukrayna Respublikasının xalq artisti Qurban Abbasov iştirakçıların diqqətini Azərbaycan mədəniyyətinin təbliğinə yönəldərək, bu sahədə də birgə fəaliyyətin səmərəli olacağını deyib. Tədbirdə iştirak edən Ukraynada prezidentliyə namizəd Roman Nəsirov da Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyətə razılıq verməsinin təqdirəlayiq olduğunu deyib.

İştirakçılar “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması və yaxın vaxtlarda təsis qurultayının keçirilməsi barədə razılığa gəlib. Sonra Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun üzvü, hüquqşünas Eduard Bağırov “Ukrayna Azərbaycanlıları Radası”nın nizamnaməsini və üzv təşkilatlar arasında imzalanacaq memorandumun mətninin son variantını iştirakçıların diqqətinə təqdim edib. İştirakçılar qeyd edilən əlavə və dəyişikliklərlə bu sənədlərin qəbul edilməsini məqsədəuyğun hesab ediblər. Toplantıda UABD sədr müavini, Ukrayna Kikboksinq Federasiyası (UKF) vitse prezidenti Elşad İbrahimov, aədr müavini Murad Cəfərov, Ukraynanın diaspor fəallarından Sərxoş İsmayılov, BUAK sədr müavini Qüdrət Hacıyev, Eldar Tağıyev, Firuz İbrahimov, Qulu İbrahimov, Yunus Əliyev, Könül Əhmədova, Fərhad Turanlı, Şakir Yahyayev, keçmiş səfir Tələt Əliyev, Səid Qadmalıyev, Əlimardan Kərimov, Ələddin Məhərrəmov və digrləri iştirak ediblər.

Müzakirələrdən sonra tədbir bədii hissə ilə davam edib.

Xatırladaq ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatları, Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin bu ölkəyə 17-19 iyul 2018-ci il tarixdə səfəri zamanı, birgə fəaliyyət barədə qərar qəbul ediblər.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR