Ümumtəhsil məktəblərinin vəzifələri artırılıb
Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.
APA-nın məlumatına görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əlavə edilən yeni bəndə əsasən, ümumtəhsil məktəbi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır.
Qeyd edək ki, “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli qanuna əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar. Nazirlər Kabineti də qanuna uyğun olaraq “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə müvafiq dəyişiklik edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət