Slimfit
  1. AZƏRBAYCAN

Ümumdünya Turizm Günü Lənkəranda təntənə ilə qeyd olunub

Ümumdünya Turizm Günü Lənkəranda təntənə ilə qeyd olunub
Sakura

Ümumdünya Turizm Günü Lənkəranda təntənə ilə qeyd olunub

Ümumdünya Turizm Günü ilə bağlı Lənkəran Turizm İnformasiya Mərkəzinin (TİM) təşəbbüsü və təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin iştirakı ilə tədbir və Cənub bölgəsinin turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət fotosərgi təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə Lənkərada fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlr iştirak edərək öz məhsullarını və xidmətlərini nümayiş etdiriblər.

TİM tərəfindən hər bir turizm obyekti üçün xüsusi dizaynla posterlər hazırlanmış məhsullarının nümayişi üçün əyani vəsaitlər verilib. Tədbirdə yerli vətəndaşlarla yanaşı xarici turistlərdə iştirak edib. Sərgi çərçivəsində TİM-in iştirakı ilə hazırlanmış Lənkəranın turizm potensialını əks edən 25 dəqiqəlik sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Lənkəran TİM-in direktoru İlqar Əzimov ölkəmizdə turizm sahəsində aparılan ardıcıl işlər barədə məlumat verib, bu sahənin daim qayğı və diqqət mərkəzində olduğunu bir daha vurğulayıb. Tədbir ziyarətçilər tərəfindən xüsusi ilə əcnəbi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sərgidə Lənkəranla yanaşı Astara və Lerik rayonlarının da turizm məkanlarının fotoları nümayiş olunub.

Sərgidən sonra xarici turistlər üçün Lənkəranın bir sıra yerlərinə tur təşkil olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR