Slimfit
  1. SİYASƏT

Ümid edirik ki, Ermənistan bunu dayandıracaq - Əmirbəyov

Ümid edirik ki, Ermənistan bunu dayandıracaq - Əmirbəyov
Sakura

Ümid edirik ki, Ermənistan bunu dayandıracaq - Əmirbəyov

Ümid edirik ki, Ermənistan sülh prosesinə xələl gətirməyi dayandıracaq və təhlükəli təxribatlardan çəkinəcək.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsrailin “i24News” telekanalının jurnalisti Kristian Maların suallarını cavablandırarkən bildirib.

“Regionda sabitliyi təmin etmək üçün təmkini saxlamaq vacibdir”, - deyə Birinci vitse-prezidentinin köməkçisi əlavə edib.

2020-ci il 44 günlük müharibədən sonra, Sovet İttifaqının dağılması ilə 1990-cı illərin əvvəllərində erməni separatçıları tərəfindən ələ keçirilən əraziləri geri qaytaran Azərbaycandakı vəziyyətə gəlincə, o bildirib ki, Azərbaycan işğaldan azad edilmiş bütün əraziləri bərpa etmək istəyir:

“Sülh - hər iki ölkənin iradəsindən asılıdır. Sülhün başqa alternativi yoxdur”.

Əmirbəyov Qarabağ ermənilərinin təzyiq altında olması ilə bağlı məlumatları təkzib edib.

“Hazırda heç bir blokada yoxdur”, - deyə o bildirib və əlavə edib ki, Qarabağ regionuna 5 min minik və yük maşını, həmçinin müxtəlif nəqliyyat vasitələri humanitar yardım aparıb.

O, Təl-Əvivdə səfirliyin açılmasını alqışlayıb.

“İlk növbədə, İsrail Azərbaycan üçün çox mühüm strateji tərəfdaşdır. Bu ölkə Azərbaycanın dostudur. Hesab edirəm ki, səfirliyin açılması ilə bağlı qərar bizim münasibətlərimizin onilliklər ərzində əldə etdiyi inkişafın nəticələrini əks etdirir”, - deyə Elçin Əmirbəyov vurğulayıb.

Elçin Əmirbəyov İsrail-Azərbaycan münasibətlərinin uğurlu inkişafına baxmayaraq, yəhudi dövlətinin Yaxın Şərqdəki əsas düşməni olan İranla diplomatiya aparmağın vacibliyini vurğulayıb:

“Ərazisi və tarixi baxımından əhəmiyyətli qonşu olan İranın yaxşı qonşu olaraq qalması bizim üçün vacibdir”.

Əmirbəyov qeyd edib ki, 20-30 milyon İran vətəndaşı azərbaycanlı köklərə malikdir və bu, fikir ayrılıqlarına baxmayaraq, Bakı ilə Tehran arasında mehriban qonşuluq münasibətlərini çox vacib edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR