Slimfit
  1. AZƏRBAYCAN

"Ümid 2" platformasından ilk quyunun qazılmasına 2020-ci ildə başlanılacaq

"Ümid 2" platformasından ilk quyunun qazılmasına 2020-ci ildə başlanılacaq
Sakura

"Ümid 2" platformasından ilk quyunun qazılmasına 2020-ci ildə başlanılacaq

2020-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağında inşa olunması nəzərdə tutulan ikinci platformadan yeni quyunun qazma işlərinə başlanacaq.

"Report" xəbər verir ki, bunu 20 sentyabr - "Neftçilər Günü"nə həsr olunmuş mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

"Ümid"yatağının tammiqyaslı işlənməsi çərçivəsində ikinci platformanın inşa edilməsi, 2020-ci ilin sonlarında bu platformadan quyunun qazılması, 2021-ci ildə isə istismara təhvil verilməsi planlaşdırılır",- deyə o, qeyd edib.

Xatırladaq ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın bilavasitə kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR