Slimfit
  1. CƏMİYYƏT

Umayra Tağıyeva: 'Nəqliyyat sektoru Bakıda əsas çirkləndiriciyə çevrilib'

Umayra Tağıyeva: 'Nəqliyyat sektoru Bakıda əsas çirkləndiriciyə çevrilib'
Sakura

Umayra Tağıyeva: 'Nəqliyyat sektoru Bakıda əsas çirkləndiriciyə çevrilib'

"İntensiv avtomobil hərəkəti olan şəhər küçələrində Neftçilər, Dərnəgül, Nobel pr., 20 Yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi, Xırdalan-Sumqayıt yolunda konsentrasiyalar qəbul olunmuş fon göstəricilərindən daha yüksək olur".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, nəqliyyat sektoru Bakıda əsas çirkləndiriciyə çevrilib: "2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdi. Son illərdə vəziyyət tədricən dəyişib, hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Bu çirkləndiricilər, əsasən, azot oksidləri, dəm qazı, kükürd qazı, karbohidrogenlər və digər maddələrdir".

U.Tağıyeva bildirib ki, nəqliyyatdan fərqli olaraq əksər sənaye müəssisələrindən atmosfer havasına atılan tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq, borular vasitəsilə müəyyən hündürlükdən atılır: "Bu da onların atmosferdə daha tez səpələnməsinə, bununla da konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır. Belə müəssisələrin çoxu şəhərin kənarındadır. Nəqliyyatdan olan tullantıların spesifik bir tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təbəqəyə atılır. Buna görə də insanlara mənfi təsir effekti özünü daha qabarıq göstərir".

O qeyd edib ki, istilik effekti yaradan qazların karbon qazı, metan, azot oksidi kimi qazların 15 faizi nəqliyyat sektorunun payına düşür: "Bütün bunları nəzərə alaraq, şəhərdə atmosfer havasının ekoloji vəziyyətini yaxşılaşdırmaq yollarından biri zərərli tullantıları xeyli az olan alternativ nəqliyyat növlərinə üstünlük verilməsidir. Bu baxımdan Azərbaycanda istər elektromobil, istər hibrid avtomobillərin daha geniş istifadəsinə əlverişli mühit yaratmaqla əhalinin marağını artırmaq vacibdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR