Dərc edildi: Baxış sayı: 413
Ülvi Mehdiyev: ""ASAN Xidmət" mərkəzlərində gün ərzində ümumilikdə 1000 nəfərə yaxın insan qəbul olunacaq"
"Karantin dövründə müxtəlif xidmətlər üzrə eyni vaxtda "ASAN xidmət" mərkəzində 100 vətəndaşın qəbulu nəzərdə tutulur".
APA xəbər verir ki, bunu karantin dövründə "ASAN xidmət" mərkəzlərinin fəaliyyət qaydaları ilə bağlı mətbuat konfransıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, "ASAN Xidmət" mərkəzlərində gün ərzində ümumilikdə 1000 nəfərə yaxın insan qəbul olunacaq: "Karantin dövründə "ASAN xidmət" mərkəzlərində vətəndaş qəbulu 2 minə endirilib. Əvvəlki dövrdə isə bu say 30 min idi".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət