Dərc edildi: Baxış sayı: 757
Ululu Kərim - Yaylağında
Ay ağalar, möcüz gördüm,
Mən Keçilin yaylağında.
Süsən, sünbül, tər bənövşə,
Qız Keçilin yaylağında.
Gözəlləri bölük-bölük,
Dörd bir yanında var hörük,
Bilməm maraldı, ya əlik,
Qız Keçilin yaylağında.
Yaz olar, çıxallar dağa,
Bulud oynar, hava yağa,
Kəsəllər qurban sadağa,
Qız Keçilin yaylağında.
Üst yanı Toxluca qaya,
Axar-baxarı var çaya,
Gözəlləri ağca maya,
Qız Keçilin yaylağında.
Alt yanı Nursdu, Külüsdü,
Mollası yox, işi pisdi,
Kərim deyər məndən küsdü,
Qız Keçilin yaylağı da!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət