Dərc edildi: Baxış sayı: 874
Ululu Kərim - Yaxşıdır
Salam verib bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Dindirəndə kəlmə-kəlmə cavab ver
Görən desin bərəkallah, yaxşıdır.
Mənəm deyənləri tanı elində,
İgidin səxası gərək dilində,
Pis övladın yaxşı ata yerində
Qalmamağı qalmağından yaxşıdır.
Ay Ululu Kərim, söz yerdə qalmaz,
Nakəs təkəbbürlər dost qədri bilməz,
Namərdin başından dövlət tökülməz
Bu hikmətdən olmaq agah yaxşıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət