Dərc edildi: Baxış sayı: 900
Ululu Kərim - Dağlar
Bayat ellər ətrafında qaralır,
El gələndə yerin, yurdun daralır,
Payız olcax gültək rəngin saralır,
Heyif ki, şənniyin az olur dağlar.
Hər tərəfin sarı çiçək, ağ çiçək,
Dəhanmda sədəf, yanağı göyçək,
Çəkər həsrətini top qarabirçək,
Ayyarım qoynunda yaz olur dağlar.
Dağların başında qurulu göllər,
Döşünə düzülüb uy ağır ellər,
Ağ üzə tökülüb zərövşan tellər,
Sonalarında çox naz olur dağlar.
Dağların döşündən axır bulaqlar,
Haram oldu mənə süddər, qaymaqlar,
Körpə tək qucaxda əzizlər, şaxlar,
Üç ayı səninlə saz olur dağlar.
Dərdi fil eylədim həddən ziyada,
Dərd çəkəndə yar gəlib düşər yada,
Kərim deyir mən də gəzdim piyada,
Dövlətliynən dağılbaz olur dağlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət