Slimfit
  1. İDMAN

Ulduz futbolçu rekordlar kitabına düşdü

Ulduz futbolçu rekordlar kitabına düşdü
Sakura

PSJ klubunun hücumçusu Kilian Mbappe iki dəfə Ginnesin Rekordlar Kitabına düşüb

PSJ klubunun hücumçusu Kilian Mbappe iki dəfə Ginnesin Rekordlar Kitabına düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Lekip” nəşri yazıb.

Mbappe Çempionlar liqasının yarımfinalında qol vurmağı bacaran ən gənc futbolçu kimi tarixə düşüb. 2017-ci ilin mayın 9-da keçirilən qarşılaşmada “Monako” forması ilə “Yuventus”a qarşı fərqlənərkən idmançının cəmi 18 yaş 140 günü olub. İkinci rekord isə Mbappenin “France Football”ın versiyasına əsasən dünyanın ən yaxşı oyunçusuna verilən “Qızıl top”a ən gənc namizəd olmasıdır.

Xatırladaq ki, hücumçunun rekordlarının qeydə alındığı kitab 2019-cu ilin sentyabrında işıq üzü görəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR