Dərc edildi: Baxış sayı: 291
Ulduz futbolçu həbs oluna bilər
"Yuventus"un hücumçusu Kriştiano Ronaldo yenidən məhkəmə qarşısına çıxacaq. FaktXəbər bildirir ki, ulduz futbolçunu vergidən yayınmaq ittihamı ilə həbs cəzası gözləyir.
Buna qədər 18,8 milyon avro ödəməyə hazır olduğunu söyləyən 33 yaşlı futbolçu 2 illik şərti cəza qərarı ilə razılaşmışdı. Ancaq yerli Maliyyə Nazirliyi Ronaldonun yenidən qanunu poza biləcəyini iddia edərək, məhkəmədən onun 2 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.
Qeyd edək ki, Ronaldo və Alonsonun məhkəməsi yanvarın 22-də Madrid şəhərində olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət