Slimfit
  1. DÜNYA

Ukraynaya kütləvi raket hücumu: ölən və dağıntılar altında qalanlar var

Ukraynaya kütləvi raket hücumu: ölən və dağıntılar altında qalanlar var
Sakura

Ukraynaya kütləvi raket hücumu: ölən və dağıntılar altında qalanlar var

Ukraynaya kütləvi raket hücumu nəticəsində Xarkov şəhərində bir nəfər ölüb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Bundan başqa, Xarkovun Kiyevski rayonunda çoxmərtəbəli yaşayış binası vurulub. İnsanlar dağıntılar altında qalıb.

Kiyevin meri Vitali Kliçkonun verdiyi məlumata görə, Svyatoşinski rayonunda avtomobillər və bina yanıb. Uşaq bağçasının binasında dağıntılar olması ilə bağlı ilkin məlumat da var.

Qeyd edilib ki, Solomenski rayonunda partlayış dalğası nəticəsində yaşayış binasının pəncərələri sınıb. Paytaxtın Peçerski rayonunda qeyri-yaşayış binasına ziyan dəyib. 6 nəfər xəstəxanaya yerləşdirilib. 1 nəfərə isə yerində tibbi yardım göstərilib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR