Slimfit
  1. DÜNYA

Ukraynaya kütləvi hücum: Zaporojye AES-ə ziyan dəydi

Ukraynaya kütləvi hücum: Zaporojye AES-ə ziyan dəydi
Sakura

Ukraynaya kütləvi hücum: Zaporojye AES-ə ziyan dəydi

Ötən gecə Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, ölkənin əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Partlayışlarla əlaqədar bəzi şəhərlərdə elektrik enerjisi dayanıb. Təkcə Zaporojye vilayətində 7 ev dağılıb, 35 evə ziyan dəyib. Həmçinin yaralılar var.

Bundan başqa, ölkənin Nijni-Novqorod, Lvov, Sumı Xmelnitski və digər vilayətlərinə də raket hücumu olub.

Xarkovda 15-ə yaxın partlayış səsi eşidilib.

Raket hücumları həmçinin Zaporojye Atom Elektrik Stansiyasının fəaliyyətinə də təsir edib. Belə ki, elektrik xətti zədələnib.

***

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya kütləvi raket hücumu nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Aleksey Kuleba məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində azı 3 nəfər itkin düşüb.

Qeyd olunub ki, həmçinin mülki evlərə də ziyan dəyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR