Slimfit
  1. İQTİSADİYYAT

Ukraynaya beynəlxalq yardım 170 milyard avroya çatıb

Ukraynaya beynəlxalq yardım 170 milyard avroya çatıb
Sakura

Ukraynaya beynəlxalq yardım 170 milyard avroya çatıb

2022-ci ilin fevral ayından beynəlxalq tərəfdaşlar Ukraynaya təxminən 170 milyard avro ayırıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu barədə Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına istinadən Ukraynanın Nəzarət Olmayan Ərazilərin Reinteqrasiyası Nazirliyi xəbər yayıb.

Qeyd olunub ki, 2022-ci ilin fevral ayından etibarən tərəfdaşlar Kiyevə təxminən 170 milyard avro ayırıb, bu məbləğə xarici hökumətlərin, eləcə də beynəlxalq maliyyə təşkilatlarının hərbi, maliyyə və humanitar yardımları daxildir.

Qeyd olunub ki, “Ukraine Support Tracker” sisteminə əsasən, 40 ölkə, eləcə də Avropa institutları, BVF və Dünya Bankı Ukrayna üçün donora çevrilib.

O cümlədən, Avropa İttifaqı demək olar ki, 62 milyard avro, ABŞ isə 71 milyard avro yardım ayırıb. Donor ölkələr siyahısına Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Çin, Yaponiya, Norveç, Cənubi Koreya, İsveçrə, Tayvan, Türkiyə və Hindistan da daxildir.

Onlardan Ukrayna əlavə 23 milyard avro əldə edib, daha 13 milyard avroya yaxını isə beynəlxalq maliyyə təşkilatları tərəfindən verilib.

Nazirlikdən bildirilib ki, ayrılan vəsaitin yarısı maliyyə yardımı, 40 faizi hərbi yardım, qalanı isə humanitar yardımdır. Ukrayna ən böyük hərbi dəstəyi ABŞ-dan alıb - 43 milyard avrodan çox.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR