Dərc edildi: Baxış sayı: 218
Ukraynaya 31 milyardlıq hərbi yardım göstərdiklərini açıqladı
“Avropa İttifaqı münaqişə başlayandan Ukraynanı 31 milyard avro dəyərində silahla təmin edib”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
“Yeni rəqəm – Aİ münaqişə başlayandan bu yana Ukraynaya ümumilikdə 31 milyard avro dəyərində hərbi yardım göstərib. Bu il daha 20 milyard avroluq yardım göstərməyi planlaşdırırıq”, - deyə Borrell qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət