Dərc edildi: Baxış sayı: 447
Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək
Ukrayna Xarici İşlər naziri Vadim Pristaykonun Azərbaycana səfəri gözlənilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev məlumat verib.
A.Xudiyev bildirib ki, V.Pristaykonun Bakıya səfəri dekabra nəzərdə tutulur:
“Xatırlayırsınızsa, noyabrın 5-də Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrinin Xarici İşlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Ukrayna Xarici İşlər naziri Vadim Pristayko ilə görüşüb.
Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib. Yəqin ki, nazir dekabrda Bakıya səfər edəcək. Bu səfərlə zəmin yaranacaq ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin də Azərbaycana səfəri təşkil edilsin”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət