Slimfit
  1. DÜNYA

Ukraynanın müdafiə naziri istefa verə bilər

Ukraynanın müdafiə naziri istefa verə bilər
Sakura

Ukraynanın müdafiə naziri istefa verə bilər

 

Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verə biləcəyini bildirib.

 

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bu barədə Reznikov “Klymenko Time” nəşrinə müsahibəsində deyib.

 

“Belə qərarlar dövlət başçısı tərəfindən verilir. Lakin istefamı istəyən insanlara gülmək gücüm və yumor hissim yoxdursa, özüm gedə bilərəm”, - deyə o bildirib.

 

Yanvar ayında Ukrayna Müdafiə Nazirliyi korrupsiya qalmaqalının mərkəzində olub.

 

Daha sonra Ukrayna mətbuatında departamentin məsul şəxslərinin ordu üçün ərzaq alarkən sui-istifadə etməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, Reznikov daha sonra Böyük Britaniyada səfir vəzifəsinə təyin edilməklə vəzifəsindən azad oluna bilər.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR