Dərc edildi: Baxış sayı: 426
Ukraynanı böyük aclıq gözləyir - Timoşenko
Torpaqların satılması ilə bağlı qanun layihəsi qəbul olunarsa, Ukrayna böyük aclıq təhlükəsi ilə üz-üzə qalacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Yuliya Timoşenko deyib.
O bildirib ki, açıq bazar şəraitində kənd təsərrüfatı əraziləri sürətli şəkildə şirkət tərəfindən satın alınacaq.
Timoşenko belə qərarın ölkədə aclığa gətirib çıxaracağını əlavə edib:
"Biz – ukraynalılar olaraq torpaqsız, məhsulsuz qalacağıq. Madaqasqardakı kimi... Çünki Madaqasqar kimi ölkə də bu yolla getmişdi".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət