Slimfit
  1. SİYASƏT

Ukraynalı deputat humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib

Ukraynalı deputat humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib
Sakura

Ukraynalı deputat humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib

“Ukraynaya humanitar yardıma və sistemli dəstəyə görə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təşəkkür edirəm”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu “Ukrayna-Azərbaycan: qlobal dünya nizamına çağırışlar qarşısında strateji tərəfdaşlıq. Üçüncü dialoq” adlı dəyirmi masada Ukrayna Ali Radasının deputatı, Energetika və mənzil-kommunal təsərrüfatı komitəsinin üzvü, enerjiyə qənaət və enerji səmərəliliyi üzrə alt komitənin rəhbəri Sergey Naqornyak deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev humanitar yardım çərçivəsində Ukraynaya elektrik avadanlıqlarının satın alınması və göndərilməsi üçün əlavə 7,6 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu yardıma, Rusiyanın genişmiqyaslı müharibəsindən sonra hiss etdiyimiz sistemli dəstəyə görə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Azərbaycanın ərazi bütövlüyümüzü dəstəkləməsi bizim üçün vacibdir. Genişmiqyaslı müharibədən sonrakı ilk günlərdə Azərbaycan Ukraynaya böyük humanitar yardım partiyası, xüsusən də dərman və tibbi avadanlıqlar göndərib və o vaxtdan bəri humanitar yardım sistemli şəkildə həyata keçirilir”, - o bildirib.

S.Naqornyak əlavə edib ki, ölkə üçün kritik bir dövrdə Azərbaycan da Ukraynanın enerji sektoruna töhfə verib: “Biz 2022-2023-cü illərdəki qış mövsümünü olduqca çətin keçirdik və Azərbaycan öz köməyi ilə bu çətin dövrdən çıxmağımıza yardım göstərib. İndi Ukraynanın enerji sektoruna da yardım ayrılıb. Bu, bizim üçün çox vacibdir, çünki biz enerji sistemini bərpa edir və qışa hazırlaşırıq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR