Slimfit
  1. DÜNYA

Ukraynadan Belarusa nota: Səfirlə bağlı qalmaqal...

Ukraynadan Belarusa nota: Səfirlə bağlı qalmaqal...
Sakura

Ukraynadan Belarusa nota: Səfirlə bağlı qalmaqal...

Ukrayna Belarusdakı səfiri İqor Kizimin avtomobilində aparılan axtarış bağlı insident səbəbindən Belarus Xarici İşlər Nazirliyinə nota göndərib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,notada Belarus sərhədçilərinin bu olaya aydınlıq verməsi və onların hərəkətlərinin izah edilməsi tələb edilib.

Bildirilib ki, Belarusda səfirə qarşı bu addım ölkələrarası dostluq münasibətlərə ziddir.

Qeyd edək ki, İ.Kizimi bir müddət öncə konsultasiya ilə əlaqədar Ukrayna XİN ölkəyə çağırmışdı. Diplomat şəxsi avtomobili ilə Belarus sərhədindən keçən zaman sərhədçilər onu avtomobilinin yük yerini açmasını və şəxsi əşyalarını göstərməsini tələb ediblər. Səfirin sözlərinə görə, 27 illik fəaliyyəti ərzində bu cür münasibətlə qarşılaşmayıb. Kizim bildirib ki, son aylarda Belarusda baş verən hadisələr iki ölkə arasındakı etibarlı münasibətlərə təsir edib. Belarus Sərhəd Xidməti isə səfirin iddialarını rədd edərək, sadəcə maşına baxış keçirildiyini açıqlayıb.

Onu da əlavə edək ki, ötən gün səfir Rusiya və Belarus yaxınlaşmasından narahat olduqlarını açıqlamışdı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR