Slimfit
  1. AZƏRBAYCAN

Ukraynadakı səfirliyimizlə bağlı materiallar Baş Prokurorluğa göndərildi

Ukraynadakı səfirliyimizlə bağlı materiallar Baş Prokurorluğa göndərildi
Sakura

Ukraynadakı səfirliyimizlə bağlı materiallar Baş Prokurorluğa göndərildi

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan Metbuat.az-a verilən xəbərə görə, iclasda “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin əldə olunmuş nəticələr baxımından təhlili və 2015-2017-ci illər üzrə qiymətləndirilməsi” mövzusunda təhlilə dair, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub. 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə müvafiq qərar qəbul edilib. Kollegiyada, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticəsi üzrə materialların Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb. 

Eyni zamanda, həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. 

İclasda, aparılan audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilmiş, həmçinin cari məsələlərə baxılıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR