Dərc edildi: Baxış sayı: 452
Ukraynada “rusca” ömrünü başa vurdu - Qanun
Bu gündən Ukraynada Dövlət dili haqqında Qanun qüvvəyə minib.
Axar.az xəbər verir ki, artıq 16 iyuldan etibarən bütün sahələrdə Ukrayna dilindən istifadə məcburi xarakter daşıyır.
Qeyd edək ki, rus dilinin rəsmi mərasimlərdə və yazışmalarda istifadəsini qadağan edən bu qanunu may ayında Prezident Poroşenko imzalamışdı. Zelenski seçiləcəyi təqdirdə qanunun Konstitusiya ilə uyğun olub-olmadığının müəyyənləşdirilməsi üçün araşdırma apartdıracağını vəd etmişdi. Lakin prezident seçiləndən sonra o, Ukrayna dilini qoruyacağını bəyan etdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət