Slimfit
  1. DÜNYA

Ukraynada qadınların hərbi xidmətə çağırılması təklif olunur

Ukraynada qadınların hərbi xidmətə çağırılması təklif olunur
Sakura

Ukraynada qadınların hərbi xidmətə çağırılması təklif olunur

Ukraynada İsrail modelinə uyğun olaraq qadınlar da hərbi xidmətə çağırılmalıdır.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva “The Times”ə müsahibəsində deyib.

O bildirib ki, Ukrayna yaxın illərdə qadınların da səfərbərliyinə hazır olmalıdır: “Konstitusiyamızda yazılıb ki, hər bir ukraynalının vəzifəsi öz ölkəsini müdafiə etməkdir. Ona görə də qadınların da xidmət etməsi düzgündür. Biz də İsrail kimi etməliyik. Buna hazır olmaq lazımdır”.

Qeyd olunub ki, Ukrayna ordusunda xidmət edən qadınların onda birindən az hissəsi aktiv döyüş tapşırıqlarını yerinə yetirir, qalanları isə həkim, kəşfiyyatçı və idarəçi kimi çalışır: “Biz qanunvericilik baxımından çox yol qət etmişik, amma praktikada hələ də köhnə məktəb təfəkkürü var. Məktəb yaşından etibarən ölkədə qızlar və oğlanlar arasında fərq qoyulur. Oğlanlar fiziki fəaliyyətlə, qızlar toxuculuq və ya ev işləri ilə məşğul olur. Bu yanaşma dəyişilməlidir. Həm fiziki, həm də psixoloji cəhətdən biz qızları uşaqlıqdan ölkənin müdafiəsinə hazırlamalıyıq”.

Məlumata görə, hazırda Ukrayna ordusunda qadın hərbçilərin üzləşdiyi əsas problem onlar üçün geyimlərin olmamasıdır.

Xatırladaq ki, Ukrayna hökumətinin məlumatına görə, hazırda Silahlı Qüvvələrdə 65 min qadın xidmət edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR