Slimfit
  1. DÜNYA

Ukraynada körpələrin satıldığı market aşkar edildi

Ukraynada körpələrin satıldığı market aşkar edildi
Sakura

Ukraynada "yeni doğulmuş uşaqların satışı üçün supermarket" varmış

Ens.az saytı bildirir ki, Ukraynada yeni doğulmuş uşaqları Çinə satan beynəlxalq qrupun fəaliyyəti ifşa edilib. Bu barədə ölkənin Daxili İşlər Nazirinin müavini Anton Qeraşenko Facebook səhifəsində yazıb.

"Onlar pul müqabilində mayalanma, doğuş, sənədləşmə və uşaqların Ukraynadan kənara aparılmasının leqallaşdırılması prosesləri ilə əlaqədar təşkilati və hüquqi məsələlərin həlli üçün xidmətlər göstərirmişlər. Başqa sözlə, Ukrayna qadınlarından doğulan uşaqları Çinə pul üçün satlrmışlar. Yeni doğulanların satıldığı bax belə bir supermarket varmış "nazir müavini yazıb.

Cinayət sxeminə özəl reproduktiv klinikanın baş həkimi olan bir qadın və onun oğlu rəhbərlik edirmiş . Uşaqların satışında daha iki Ukrayna vətəndaşı və üç çinli iştirak edib.

Beləliklə, surroqat ukraynalı analar uşaqları "satış üçün" doğurmuşlar. Sonra doğum haqqında şəhadətnamələri alıcıların və onların uydurma arvadlarının adlarına yazmaqla, uşaqların ölkədən çıxarılmasına hüququ əsas yaradılırmış.

Artıq cinayət iştirakçılarına qarşı insan alveri maddəsi üzrə cinayət işi açılıb. Qeraşenkonun bildirdiyinə görə, Ukraynada surroqat analığın tam tənzimlənməsi mövcud olmadığı üçün qanunla qadağan deyil.

 

Mənbə: ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR