Slimfit
  1. DÜNYA

Ukraynada koronavirusdan ölənlərin sayı 316-ya çatdı

Ukraynada koronavirusdan ölənlərin sayı 316-ya çatdı
Sakura

Ukraynada koronavirusdan ölənlərin sayı 316-ya çatdı

Ukraynada daha 366 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 12 697-yə çatıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 13 nəfər artaraq 316 nəfərə yüksəlib.

İndiyədək Ukraynada 1 875 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 646 000-i ötüb. Bunların 1 200 317 nəfəri sağalıb, 252 429 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR