Dərc edildi: Baxış sayı: 470
Ukraynada deputatların toxunulmazlığı ləğv edilir
Ukrayna parlamenti 2020-ci il yanvarın 1-dən deputatların toxunulmazlıq hüququnu ləğv edən qanun layihəsini son oxunuşda qəbul edib.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, lehinə 373 səs verildiyi qanun layihəsinin qüvvəyə minməsi üçün sənədi ölkə prezidenti də imzalamalıdır.
Yeni qanun millət vəkillərinin parlamentin razılığı olmadan saxlanılmasını, həbs olunmasını, cinayət məsuliyyətinə cəlb edilməsini qadağan edən müddəanın Konstutisiyadan çıxarılmasını nəzərdə tutur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət