Dərc edildi: Baxış sayı: 378
Ukraynada deputatlar yenə əlbəyaxa oldular
Ukraynanın millət vəkilləri Televiziya və Radio məsələləri üzrə Milli Şuranın iclasında mübahisə ediblər.
Teleqraf.com xəbər verir ki, mübahisəyə səbəb deputat Vadim Rabinoviçin çıxışına rus dilində başlaması olub.
Milli Şura üzvü Olqa Gerasimyuk ondan Ukrayna dilində danışmasını xahiş etsə də, Rabinoviç bundan imtina edib.
Nəticədə zalda münaqişə yaranıb. Millət vəkilləri Nestor Şufiç və Oleq Voloşin də mübahisəyə qoşulublar.
İclasda fasilə elan olunub və söhbət dəhlizdə də davam etdirilib.
Eyni zamanda həmin vaxt polis Milli Şuranın qarşısında keçirilən aksiyada iki nəfərin saxlanılması barədə xəbər verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət