Slimfit
  1. SİYASƏT

Ukraynada Bakı-İrəvan savaşı gedir

Ukraynada Bakı-İrəvan savaşı gedir
Sakura

Ukraynada Bakı-İrəvan savaşı gedir

Azərbaycanla Ermənistan arasında lobbi və maraq mübarizəsi Ukraynaya keçib. Ukraynadan bir gün fərqli ilə gələn iki xəbər bundan xəbər verir.

Axar.az xəbər verir ki, bu sözlər Atlas Araşdırmalar Mərkəzinin təhlilində əks olunub.

Təhlildə Ukraynanın Ali Radasında Xocalı soyqırımının tanınması məsələsi və ermənilərin növbəti təxribatları analiz edilib:

“Birinci xəbərdə Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi bildirildi. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun sözlərinə görə, Azərbaycan-Ukrayna parlamentlərarası qrupu və Ali Radanın xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıblar və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər. Ukrayna parlamentinin bu sıraya qoşulması Ukrayna-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Ancaq bu məqamda Ukraynadan başqa bir xəbər də gəldi ki, ölkənin Ali Radasında xanım deputat Darya Volodinanın “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi də qeydə alınıb.

Maraqlıdır ki, Darya Volodina Prezident Vladimir Zelenskinin rəhbəri olduğu Xalqın Xidmətçisi Partiyasının üzvüdür. Darya Volodina parlamentdə Maliyyə, gömrük və vergi komitəsinin üzvüdür. Bunun özü də sual doğurur ki, dəxili olmayan komitənin üzvü niyə qondarma erməni soyqırımı mövzusuna maraq göstərir?”

Analizdə qeyd edilib ki, Ukrayna parlamentində Xocalı soyqırımının tanınması ilə bağlı təşəbbüsün müzakirəyə açılması ilə eyni gündə “erməni soyqırımı” məsələsinin də qabardılması təsadüfi deyil:

“Bu, Ukraynada azərbaycanlı və erməni diasporları arasında gedən mübarizənin təcəssümüdür. Ukraynada azərbaycanlılarla ermənilərin sayı təxminən eynidir. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Ukraynadakı erməni diasporunun arxası daha güclüdür, ermənilərin Arsen Avakov kimi güclü naziri var ki, onu hətta Vladimir Zelenski də vəzifəsindən uzaqlaşdıra bilmir. Təsadüfi deyil ki, Ukrayna parlamentində 10 ildə 4 dəfə “erməni soyqırımı”nı qəbul etdirməyə çalışan qrupun arxasında məhz Arsen Avakov dayanıb. Budəfəki erməni təşəbbüsünün arxasında da onun dayandığına dair şübhələr var. Arsen Avakovun qrupu “soyqırım” təklifini məhz hakim partiyadan irəli sürməsi ilə izi itirməyə çalışıb. Yəni guya bu məsələdə Avakovun əli yoxdur”.

Təhlildə bildirilib ki, böyük ehtimalla Ukrayna parlamenti “erməni soyqırımı” qətnaməsini qəbul etməyəcək:

“Rada eyni təşəbbüsləri 2013, 2015 və 2019-cu illərdə də rədd etmişdi. Çünki rəsmi Kiyev adi məntiqdən çıxış edir. Ukraynanın bölgədə əsas tərəfdaşları Azərbaycan və Türkiyədir. Həm Bakı, həm də Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan isə BMT-dəki səsvermələrdə Krımın Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verir. Kiyev İrəvanın Ukrayna topaqlarını zəbt edən Rusiyanın vassalığı olduğuna şübhə etmir. Elə buna görə də Vladimir Zelenski bölgə ölkələrindən yalnız Azərbaycan və Türkiyəyə səfər etməyi lazım bildi.

“Erməni soyqırımı” qətnaməsinin Ukrayna parlamentində bu dəfə də qəbul edilməyəcəyini ermənilər də bilirlər. Sadəcə, onların bu hiyləgərliyinin arxasında Ukrayna parlamentinin Xocalı soyqırımını tanımasını əngəlləmək istəyi dayanır. Yəni ermənilər Rada rəhbərliyinə demək istəyirlər ki, əgər erməni soyqırımını tanımırsınızsa, onda Xocalı soyqrımını da tanımayın. Ukrayna parlamentində “erməni soyqırımı” təşəbbüsünün Xocalı soyqırımının tanınması təşəbbüsündən bir gün sonra qəfil peyda olması da bundan xəbər verir. Nə qədər ki, Arsen Avakov Ukraynanın daxili işlər naziridir, bu ölkədəki erməni diasporu təxribatlarına ara verməyəcək. Vladimir Zelenkisinin və onun tərəfdarlarının Arsen Avakova ən layiqli cavabı Radanın Xocalı soyqırımını tanıması olar”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR