Dərc edildi: Baxış sayı: 463
Ukrayna XİN qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina edib
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanımaqdan imtina edib.
Trend-in məlumatına görə, bu barədə nazirliyin dövlət qurumlarına göndərdiyi sənəddə deyilir.
Ukrayna XİN bildirib ki, 1915-ci il hadisələrinin tanınması və qeyd olunması Ukraynanın strateji tərəfdaşı Türkiyə üçün həssas məsələdir və bu mövzu Ermənistan və Türkiyə tərəfindən obyektiv tədqiq olunmalıdır:
“Rəsmi səviyyədə anım mərasimlərində iştirak etməməyi, eləcə də “erməni xalqının soyqırımı” və ya “erməni soyqırım” terminlərini istifadə etməməyi xahiş edirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət