Ukrayna XİN: "Ərdoğan “Taxıl sazişi”ni bərpa edə bilər”
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”ni bərpa edə bilər”.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Dmitro Kuleba xarici KİV-ə müsahibəsində deyib.
O buna inamını ifadə edib: “Biz bilirik ki, Türkiyə Rusiya ilə əməkdaşlıq edir”.
Nazirin sözlərinə görə, rəsmi Kiyev taxıl məhsullarını dünya bazarına çıxarmaq üçün alternativ marşrutlar da axtarır.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.
Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.
Türkiyə və Rusiya liderlərinin avqustda keçiriləcək görüşündə sözügedən məsələnin müzakirə olunacağı gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət