Dərc edildi: Baxış sayı: 558
Ukrayna XİN Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edənləri cəzalandıracaq
Ukrayna vətəndaşları Dağlıq Qarabağ, Abxaziya və Tsxinvali bölgəsi / Cənubi Osetiya, eləcə də onlara yanaşı ətraf ərazilərə baş çəkmək qərarına gəldikdə Azərbaycan Respublikası və Gürcüstan qanunvericiliyini əldə rəhbər tutmalıdırlar.
Bu barədə Ukrayna XİN-nin bəyanatında deyilir.
“Bu qanunvericiliyin pozulması inzibati və cinayət məsuliyyəti daşıyır”, - deyə bəyanatda bildirilir.
Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəyişilməz qaydada dəstəklədiyi vurğulanır.
Qeyd edilir ki, Ukrayna XİN-nin rəsmi saytında Dağlıq Qarabağın (Azərbaycan Respublikası) işğal edilmiş ərazisinə və ətraf ərazilərə daxil olmaq, eləcə də Abxaziya və Tsxinvali bölgəsinə / Cənubi Osetiyaya (Gürcüstan) səfər etmək qaydası yerləşdirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət