Dərc edildi: Baxış sayı: 378
Ukrayna vaxtından əvvəl karantindən çıxa bilər
Ukraynanın baş dövlət sanitar həkimi Viktor Lyaşko ölkədə karantin məhdudiyyətlərinin vaxtından əvvəl aradan qaldırılmasının mümkün olduğunu söyləyib.
O, bu barədə ICTV telekanalının efirində deyib.
V.Lyaşkonun sözlərinə görə, bu, koronavirusa yoluxmuş insanların sayının sürətlə azalması şərtilə baş verəcək.
Hadisələrin bu cür inkişafı ilə ölkə birbaşa karantinin birinci mərhələsindən çixaraq, üçüncü və ya dördüncü mərhələyə keçə bilər.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət