Dərc edildi: Baxış sayı: 501
Ukrayna telekanalında Xocalı soyqırımı barədə süjet
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanda keçirilən tədbirlər Ukraynanın 5-ci telekanalında geniş süjet şəklində işıqlandırılıb.
Süjetdə Xocalı soyqırımının Dağlıq Qarabağ müharibəsinin ən qanlı səhifələrindən olduğu qeyd olunur.
“1992-ci ildə fevralın 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalıda bir neçə yüz sakini qətlə yetirib. Onlarla insan qaçarkən donvurmadan ölüb. Mindən çox insan əsir düşüb. Faciə qurbanlarının xatirəsi təşkil olunmuş yürüşlə anılır, Bakıda abidənin qarşısına güllər qoyulur.
Beynəlxalq ictimaiyyətdən Xocalı qətliamını Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınması istənilir”, - deyə Ukrayna telekanalının süjetində qeyd olunur.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət