Slimfit
  1. DÜNYA

Ukrayna Saakaşviliyə böyük ümidlə baxır - Jdanov

Ukrayna Saakaşviliyə böyük ümidlə baxır - Jdanov
Sakura

Ukrayna Saakaşviliyə böyük ümidlə baxır - Jdanov

Ukrayna Prezidenti Vladimir Zelenskiyə ən vacib şeyi anlamaq üçün düz 1 il lazım oldu. Əgər o, ölkədə həqiqətən də nəyisə dəyişmək istəyirsə, yaxud da seçkiqabağı verdiyi vədləri yerinə yetirmək istəyirsə, ona Ukrayna korrupsiya sisteminə bulaşmayan adam lazımdır.

Axar.az xəbər verir ki, bunu ukraynalı ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Zelenskiyə azad insan lazımdır. Məhz buna görə də Mixail Saakaşviliyə Ukrayna baş nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif etməklə bağlı qərar verildi.

“Biz buna Ukraynanın baş naziri təyin olunma perspektivi kimi baxırıq. Bu da onun özünü islahatçı kimi göstərməsindən 3-4 ay sonra baş verəcək”, - Jdanov bildirib.

Jdanov Ukraynada hətta Saakaşvili üçün “Taran-insan” ləqəbi də fikirləşiblər.

“Ümid edirik ki, o, həqiqətən də bu sistemi taran edəcək və bizim korrupsiyalaşmış dövlətimizdə formalaşan vəhşi dairəni qıracaq”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR