Dərc edildi: Baxış sayı: 509
Ukrayna qondarma “erməni soyqırımı” layihəsini rədd etdi
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Ali Radanın hakim “Xalqın xidmətçisi”nin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.
Məlumata görə, fevralın 14-də qeydə alınan qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.
Xatırladaq ki, 2013-cü, 2015-ci və 2019-cu illərdə də Ali Rada qondarma “erməni soyqırımı” haqqında qanun layihəsinin müzakirəsinə cəhd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət